Monday, May 11, 2015

Şamaxı Cümə Məscidi.

Şamaxı Cümə Məscidi.



Şamaxı Cümə məscidi – qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədimməsciddir.
Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı rayonu xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam inzalamışdır.Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat məbləğində vəsait ayrılsın.

Məscidin inşa tarixi haqqında

Məsçidin inşası 743-744 illərə aiddir. Bu nəticəyə Şahqulu Qacarın başçılığı altında Tiflis geologiya komissiyasının tətqiqatlarına əsasən gəlinmişdir. Bu tarix Cümə məsçidinin fasadı üzərindəki, hicri 126 ili bildirən ərəb yazısından məlum olmuşdur. Məhz bu zaman ərəblər Azərbaycan Respublikası ərazisində məsçidlərin və başqa abidələrin inşasına başlamışlar. Bu islamın Qafqaz ərazisində yayılması ilə bağlı idi. Şamaxı Cümə məsçidi 734 ildə inşa edilən Dərbənd cümə məsçidindən sonra Qafqazda ən qədim məsçiddir. Məsçidin inşası Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin (705-715) qardaşı Məslamə ibn Əbd ül-Malikin dövrünə təsadüf edir. Şamaxı onun dövründə canişinin Qafqazdakı iqamətgahı idi. Ərəblər Şamaxıya böyük önəm verirdilər, bu Cümə məsçidinin memarlıq üslubundan açıq aydın görünür.
Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123 ildən başlayaraq, gürcülərin talançı quldur basqınlarından müdafiyə məqsədilə, yardım üçün səlcuqlu sultan Mahmuda (1118-1131) müraciyəy edirlər.[2] O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək "məsçidi dağıtmışlar, minarəni uçurmuşlar, və şəhərdə quldurluq edirmişlər"

Cümə məsçidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə məsçidinin dəfələrlə xəsarətlər almasın və III Mənüçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlara və inşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün "Böyük xaqan" adlandırıldığını deyir.

Məsçidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656 ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də, Səfəvilər dövründə məsçidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.
Məsçidin üçüncü rekonstruksiyası 1859 il zəlzələsi vaxtı məsçidə toxunan böyük zədələrdən sonra başlanıb, və 1860 ildə quberniya memarı Q. Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Q.Qaqarinin eskizləri əsasında aparılıb.

1918-ci ildə məscid erməni-daşnaqları tərəfindən yandırılmışdır. Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq salır.
Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni, 26.04.1902-ci il iclasındaPeterburqda A.İ.Nosaleviçin çıxışı. Mülki mühəndis xəbərləri. S.P.b,1902,e 2 mart-aprel, s.62). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və bütünQafqazdaDərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın.
Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.

Arxitekturası

Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur.

Bərpası haqqında[redaktə | əsas redaktə]

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır.
Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi.
1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı.
1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.

No comments:

Post a Comment