Friday, January 11, 2019

İmadəddin Nəsimi

İmadəddin Nəsimi 

Azərbaycan şairi
                                                             

Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı - 1417-ci il, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.

HəyatıRedaktə

Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə BursadaTəbrizdə, BakıdaDiyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndantəxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəmadlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.
Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibbastronomiya və astrologiyariyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycanfars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.
Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, XaqaniniNizaminiFələkiniMənsur Həllacı, Fəzlüllah NəiminiŞeyx Mahmud ŞəbüstəriniÖvhədi Marağayini və başqalarını göstərmək olar.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraqTürkiyəSuriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".
Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcininİbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəimininəsərlərində o artıq işlənib hazırlanmışdı.
Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Məsələn:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Gövhər-i lâ-məkan mənəm, kövn ü məkana sığmazam.

Yaradıcılığı
Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Mənsur Həllacın təlimi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Mənsur Həllac daim təqiblərə məruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi təlimini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil."
Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə "Gecə qaranlığında Simurq" adı ilə Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib. O da bildirilir ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər. 

XatirəsiRedaktə

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.
15 noyabr 2018-ci ildə Azərbaycan prezidenti növbəti ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
19 noyabr 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün açılış mərasimi olub.

Friday, May 29, 2015

Şamaxılı rəssam İlqar Novruzovun M.Ə.Sabirin 153cü il dönümünə həsr etdiyi kreativ şəkil.

Şəkil M.Ə.Sabirin 153cü il dönümünə həsr olunub. Şəkildə Sabirin satirik şeirləri, çalışdığı qəzetlərin adından, və.s məlumatlardan istifadə olunub. Şəkilin Rəssamı İlqar Novruzovdur.


Tuesday, May 26, 2015

Cəmo bəy Cəbrayılbəyli Dövlət himninin sözlərinin müəllifi.

Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavad deyil Şamaxılı Cəmo Cəbrayılbəylidir !
Tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan Milli marşı”nın sözləri Əhməd Cavadın, “Azərbaycan marşı”nın sözləri isə Cəmo Cəbrayılbəylinindir . Azadlıq meydanında ilk dəfə üçrəngli bayrağı tikən xanımın 7-8 yaşlı nəvəsi “Azərbaycan marşı”nı meydanda oxudu. Meydanda da elan olundu ki, bu, Əhməd Cavadın şeiridir. Eyni zamanda Milli Azadlıq Hərəkatı ilə bağlı müxtəlif toplantılarda ADR-in himni ifa olunmağa başladı. Qəribə və anlaşılmaz olan budur ki, himn adına Üzeyir bəyin “Azərbaycan Milli marşı” yox, “Azərbaycan marşı” oxunurdu.1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra milli atributların bərpası məsələsi gündəmə gəldi. Burada mübahisəli məsələ gerb və himnlə bağlı idi. O zaman Firudin Cəlilovun sədrliyi ilə bir dövlət komissiyası yaradıldı. Dövlət komissiyası əvvəlcə gerbi təsdiqlədi. Bu gerb də mübahisələrə səbəb oldu ki, rəmzlər uyğun gəlmir, başqa variantlar üzərində işləmək olar.Axı bu gerb Cümhuriyyətin gerbidir.Elədir, amma bu gerbin müəllifi yəhudidir. Bu məqam narazılıq yaratmışdı. Ancaq rəhmətlik Əbülfəz Elçibəy bu gerbin üzərində dayandı və dedi ki, bu olmalıdır. Elçibəy Cümhuriyyətin varisi olmağımızı əsas götürdü və bildirdi ki, təftiş etməyək. Komissiya da “Azərbaycan marşı”nı himn kimi təsdiqləyəndə, sözlərin Əhməd Cavada məxsusluğunu rəsmiləşdirir. 27 may 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin fərmanı ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunur. Bununla da iki tarixi yanlışlıq rəsmi “status” qazanır. Birincisi, dövlət himni kimi bu məqsədlə yazılmış “Azərbaycan Milli marşı” yox, başqa əsər təsdiq edilir. İkincisi, fikir müxtəlifliyinə baxmayaraq, heç bir ciddi arqument göstərmədən mətnin müəllifi kimi Əhməd Cavadın adı rəsmiləşdirilir. Bu qərar çap olunana qədər bu şeir heç bir yerdə Əhməd Cavadın adına işıq üzü görməyib. Heç kim bircə yerdə də demir ki, bu, Əhməd Cavadın şeiridir. Nə Əhməd Cavadın dostları, nə də düşmənləri bu barədə yazıb, danışıb. Əhməd Cavadın “Göygöl” şeirində sətiraltı ifadələr tapıb ona ittiham irəli sürürdülər. “Azərbaycan marşı” isə birbaşa “güllələnmə maddəsidir”. Ancaq çox maraqlıdır ki, Əhməd Cavada bu şeirə görə ittiham irəli sürülməyib. Donos yazanlar da bu barədə qeydlər etməyi lazım bilməyib. Xaricdə Əhməd Cavadla bağlı qalaq-qalaq məqalələr yazılıb, amma həmin yazıların heç birində qeyd olunmayıb ki, Əhməd Cavad Cümhuriyyət himninin müəllifidir. Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi müəlliflər də bu barədə heç nə yazmayıblar.1919-cu ildə “Vətən nəğmələri” adlı bir almanax çıxıb. Bu kitab Azərbaycan şairlərinin Vətən haqqında şeirlərinin toplusudur. Rəsmi hökumət mətbəəsində çap olunub. Bu kitabda Cəmo bəy imzası ilə indiki himnimizin mətni çap olunub. O mətnlə indiki mətn arasında çox cüzi fərqlər var. Bu da onunla bağlıdır ki, Üzeyir bəy həmin mətni marşa söz kimi seçəndə musiqiyə uyğun bəzi dəyişikliklər edib. Məsələn, “Hüququn dərk edən əfrad” misrasını Üzeyir bəy “Hüququndan keçən əsgər” formasına salıb. Əfrad fərd sözünün cəmidir. Hüququnu dərk edən insan qəhrəmana çevirilir, şair bunu deyir. Onu da deyim ki, Cümhuriyyət dövründə himnlə bağlı müsabiqə keçirilib. Müsabiqə hansı formada keçirilib, Münsiflər Heyəti kimdən ibarət olub, bu barədə heç bir yerdə məlumat tapa bilməmişəm. Amma Üngörün “Türk marşları” kitabında “Azərbaycan Milli marşı” haqqında yazılıb: “Milli Azərbaycan xalq maarif naziri Nəsib bəy Yusifbəyli zamanın hökumətindən yazılı olaraq tələb etdiyi xüsuslardan bəziləri bunlardır:
“Azərbaycan Milli Marşı”nın tənzim və seçimi üçün bir müsabiqə açılmalıdır. Marşların son qəbul tarixi üçün 1 fevral 1920 günü münasibdir.Seçiləcək olan marşın bəstəkarını 15.000 manat ilə mükafatlandırmalı.14 noyabr 1919 tarix və 246 saylı Azərbaycan qəzeti bildirir ki, açılan yarışmada ünlü Azərbaycan bəstəçisi Üzeyir Hacıbəylinin əsəri birincilik qazanmışdır.Şəxsən mən himni dəyişmək söhbətini heç bir zaman etməmişəm. Bunun qəti əleyhinəyəm. Mən, sadəcə, Cəmo bəyin hüququnun bərpasını istəyirəm. “Azərbaycan Miili marşı” həm musiqi, həm də mətn baxımından indiki himnimizdən zəifdir. Digər tərəfdən, Vətən haqqında dillər əzbəri olan şeirlər çox azdır, onlardan biri də indiki himnimizdir. İndi bunu nə deyib dəyişəcəksən?
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Sunday, May 24, 2015

Moskva Kremlinin Şamaxılı Memarı.

1367-ci ildə tikilən Moskva Kremlinin memarı azərbaycanlı Əliş Sübhan oğlu Kərəmli olub. Sonradan bunu ört-basdır etməklə tarixi saxtalaşdırmaq üçün onu edam ediblər. 1367-ci ilin yanvar ayının 5-də, şaxtalı və çisginli bir gündə, səhər erkən Şamaxıda əyin-başlarına uzun boz kürklər, qara xəz papaqlar, ayaqlarına qırmızı uzunboğazlar geyinmiş on süvari və arxalarına hədiyyə tayları yüklənmiş xınayı rəngli yeddi köhlən at Şirvanşahlar sarayının günçıxan baş darvazasından həyətə girdi. Yolçular Moskva böyük knyazı Dmitriy Ivanoviçin yazılı ərzini gətirmiş, taylardakı ərməğan kimi samur dəriləri, məhşur Vladimir kürkləri, çex büllur güldanları və çini qab dəstləriylə hökmdarı şərəfləndirmişdilər. Rusiya sarayından dövlət karetası ilə təşrif buyurmuş boyar I.A.Baratınski kazaklara xas bir çılğınlıqla gətirdiyi məktubun məzmunuyla dövlət başçısını bilgiləndirməyə başladı. Rus karvanıyla birgə gəlmiş şahlığın Moskva knyazlığındakı səfiri Qafur bəy tərcüməçi işini görürdü. Şirvanşahlar diyarının və tamam Azərbaycanın ali memarı və baş inşaatçısı kimi məhşur olan Əlis Sübhan oğlu Kərəmli Şirvani Moskvaya nəhəng bir tikintinin tikilməsinə çağırılırdı. Öncə Şeyx Ibrahim sevimli sənətkarı buraxmaq istəmirdi, amma onun şəxsi təhlükəsizliyinə yazılı knyaz zəmanətini və memarın öz razılıq ovqatını nəzərə alaraq razılıq verdi. Səfər xeyir-duasını almış tanınmış sənətkar yola hazırlaşdı. Memar Əlis bəy Yaxın Doğuda, Qafqazda, Farsıstanda, Hindistanda və təbii ki, doğma Azərbaycanında tanınmışdı. Elə həmin ayın 10-da rus elçiləri və memar Əlis Kərəmli Moskvaya yola düşdülər. Sözügedən ildə novruza bir həftə qalmış knyaz Dmitriy Donskoyla baş memar arasında müqavilə imzalandı. Sənədə görə, işçi qüvvəsinə, maliyyə təminatına, ərazi dəyişmələrinə məhdudiyyət qoyulmur, nəzarətlər, təftişlər və baş memar layihəsinə düzəlişlər istisna olunmur, ona tam sərbəstlik və boyar varamı (status) verilirdi. Bu böyük inşaat hədəfi dörd il müddətinə başa çatmalıydı. Moskva çayı və onun qolu Yauza çayının dörd yandan qucduğu adada iç şəhər, onun qüllələrlə, bürclərlə, darvazalarla oymaqlanmış qala divarları tikiləsiydi. Nəhayət, mart ayının 25-də xeyir xəbərlər (“Blaqiye vesti”, yəni Məryəm ananın Müqəddəs Ruhdan-Allahdan lütfələnməsi vaxtı, ruslar buna “Blaqoveşşensk” də deyirlər) günü tikintinin bünövrələrinə ilk yonma qara daşlar qoyuldu. Iç və dış qala divarları əvvəllər ağac və gilmöhrədən inşa edildiyindən, memarın əmriylə sökdürülmüşdü. Memar Əlis bəy Rusiyada ilk dəfə malaya çiy yumurtanın ağını qatmaqla hamını heyrətləndirdi. Bir il ötmuş artıq bürclü qala divarları, 5 qüllə və altlarındakı 5 darvaza hasilə gəldi. Əlis bəyə qədər ağac və gilmöhrədən ucaldılmış divarların qarşısında qazılan, içərisinə su tökülən dərin xəndəklər torpaq və daşlarla doldurularaq möhkəmcə pərçimlənmiş, yeni layihəyə uyuşmayan əlavə kimi ləğv edilmişdi. Dış divarların üst hissələri dik dirsəkşəkilli çıxıntılarla haşiyələnmişdi ki, bu da onların görüntüsünü, əzəmətini qat-qat artırırdı. Qala divarlarının ümumi uzunluğu 3,4 minar (kilometr), qalınlığı 1,2 arşın, hündürlüyü 5,7 arşındı. Iş başlanarkən
tikintinin ətrafı taxta hasara alınmışdı ki, hədəfə toz-torpaq düşməsin, seyrçi əhali fəhlələrin diqqətii yayındırmasın. Tikintini hasara alma rus məkanında yenilikdi.

Saturday, May 16, 2015

Mirzə Ələkbər Sabir

                                                                                     

           Mirzə Ələkbər Sabir

   
     
                                                                                   
                    
                                                                                                                                                                            
MİRZƏ ƏLƏKBƏR SABİR

TəxəllüsüMirzə Sabir
Doğum tarixi30 may 1862
Doğum yeriŞamaxı
Vəfatı12 iyul 1911 (49 yaşında)
Vəfat yeriŞamaxı
Milliyyətiazərbaycanlı
FəaliyyətiŞair

Həyatı


Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası mənasını və mahiyyətini başa salmadan səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur: "Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda, Mollam da döyür yazı yazanda." Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətinyazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir. Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, SəbzivarNişapurSəmərqəndBuxaraXorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur. İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu. 1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi. Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi. XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdanAbbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şer çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil "din xadimləri" Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:
  • İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
  • Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım". 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur. Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri"Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Yaradıcılığı


Lirik şe`rləri. Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şe`rlərini Şərqin Firdövsi, Sə`di, Füzuli kimi böyük klassiklərinin tə`siri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşıqdır. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşıqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də orta əsr şe`rində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifadələrdən ibarət idi. Aşiq çox vaxt özünü Məcnunla, sevgilisini isə Leyli ilə müqasiyə edirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zöhhak, Əhrimən, Kə`bə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez istifadə olunurdu.
Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Onun arzusu “dilbəri-hürriyyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, düşüncəli bir həyat, işgüzar, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, zadalıq, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir. Sabir “Ruhum” şe`rində özünün azadlıq idealını, ictimai amalını müstəqim tərənnüm yolu ilə verir. O, özünün gələcək xoşbəxtliyini azadlıqda görərək yazır:
Mən gedərəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hüriyyət!
Mən gedərəm, var olsun amalım!
Bu azadlıq idealı sabir dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında arzularla əlaqədar olmuşdur. Şairin bə`zən, hətta azadlıq və insanlıq məfhumlarını açıqcasına eyniləşdirməsi buradan irəli gəlir:
Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər, ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu, Sabirin böyük ictimai idealı idi.

Humanizm, azadlıq, xoşbəxtlik haqqında belə ümumiləşdirici lirika ilə bərabər, Sabirdə zəmanəsinin azadlıqsevən, xoşbəxtlik uğrunda əldə silah vuruşan konkret qəhrəmanlarının təsviri də var.
Bu cür əsərlərdən biri Sabir lirikasının gözəl nümunələrindən olub, 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunan “Səttarxana” şe`ridir.
Səttarxan kimdir?
O, Qarabağ mahalından çıxan, gəncliyində bir müddət əsgər olub, sonralar yoxsul kəndlilərin partizan dəstələrinə başçılıq edən məşhur qəhrəmandır. Səttarxan inqilabın ilk günlərindən Təbriz əncüməninin üzvü olmuş, hərəkatda coşqun bir ruhla iştirak etmişdi. 1906-1907-ci illərdə artıq o, Təbriz inqilabçılarının rəhbəri idi.

İnqilabçılar 1908-ci ildə şah qoşunlarını darmadağın edib, Təbrizdən qovduqdan və xeyli hərbi qənimət ələ keçirdikdən sonra Səttarxanın nüfuzu daha da artdı. Onun igidliyi haqqında el mahnıları, yazıçıların və xalq şairlərinin əsərləri yarandı. Sabirin şe`ri də məhz bu zaman yaranmışdır.

Sabir şe`ri öz halı, öz hiss və həyəcanları haqqında coşqun sözlərlə başlayır. O, oxucusundan xahiş edir ki, mənim bu həyəcanlarım, mənim coşqunluğum sənə təəccüblü gəlməsin; məni “divanə” bilmə! Mən təbi dəniz kimi dalğalanan bir şairəm. Sevincimin, həyəcanlarımın səbəbi isə azadlığa olan sonsuz məhəbbətimin coşması, zülm və istibdada qarşı çıxmış qəhrəmanların mərdliyinə şahid olmağımdır.

Şeirdə Tehranda Məclisin qovulmasından sonra Cənubi Azərbaycanda, yeni inqilab mərkəzi Təbrizdə əmələ gəlmiş coşqun ruh yüksəkliyi tərənnüm edilir. Bütün bəndlərin sonunda “Afərinim” himməti-valayi-Səttarxanədir” sözləri bir nəqarat halında təkrar edilərək, şe`rin mərkəzi motivini xüsusi nəzərə çatdırır. Sabir yazır ki, Səttarxan “vətən namusu” yolunda göstərdiyi rəşadətlə təkcə İran şahını və ə`yanlarını yox, bütün dünyanı “mat edən” bir qəhrəmandır.
Əsər inqilabçıların şərəfinə deyilən alqış nidaları ilə qurtarır:
Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!

Dustü düşmən əl çalıb, eylər sizə səd mərhəba!

Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!

Cənnəti-ə`ladə peyğəmbər sizə eylər dua.

Çün bu xidmətlər bütün islamədir, insanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.
Sabirin təsvirində Səttarxan inqilabçı qəhrəman timsalı, dərin məhəbbətlə təqdim edilən müsbət surətdir. Şair bu surəti lirika dili ilə, sevinc və hərarətlə təsvir edir, onu özü sevdiyi qədər oxucuya da sevdirməyə çalışır.
Şe`r əruzun təntənəli bəhrlərindən olan rəməl bəhrində failAtün, failAtün, failAtün, FailAt ölçüsündə yazılmışdır. Əruz vəzninin tələbinə uyğun olaraq misralarda “Hali-məczubum”, “nə`rəyi-şuridə”, “şe`ri-tər”, “behcət”, “şürur” kimi onlarla ərəb-fars söz və ifadələri işlənmişdir. Ancaq bu ifadələr, şe`rin dilini qismən qəlizləşdirirsə də, ümumi mə`nanın, bədii ideyanın başa düşülməsinə mane olmur. “Səttarxana” şe`ri “Molla Nəsrəddin” jurnalı vasitəsilə dərin məhəbbətlə qarşılanıb geniş yayılmış, əldən-ələ, dildən-dilə keçmişdir. Cənubi Azərbaycanda mücahidlər bu şe`ri nəğmə kimi xorla döyüş səngərlərində oxuyurdular. Sonralar şe`r kütləvi xalq mahnısına çevrilmiş və uzun müddət Təbriz, Xoşginab, Zəncan, Qaracadağ mahallarında sevilə-sevilə oxunmuşdur.

Sabirin dini baxışları

Mollaxana təhsilindən bir fayda almayan Sabir sonralar İslam dininin əsil həqiqətlərini öyrənərək, heç də bu dinin əvvəllər ona öyrədilən xurafatla əlaqəsi olmadığını gördü. Bu işdə ona müəllimi Seyid Əzim Şirvani də yol göstərənlərdən biri olmuşdur. Sabir İslamı bu dinin tələb etdiyi kimi elm və hikmətlə öyrənməyə və həyatında tətbiq etməyə başladı. SSRİ dövrünün tədqiqatçılarının Sabiri bəzən dini tənqid edən şair kimi təqdim etməsi, şairin öz əsərləri ilə təkzib edilir. O, ömrünün sonuna qədər dindar bir şəxs olub. “Dini don” adı altında insanları aldadanlara qarşı həcvlər yazdığı üçün bolşevik və atesit ideoloqları bu cür şeirlərdən sui-istifadə edərək, onsuz da İslam dini haqqında az məlumatlı olan oxuculara Sabirin din əleyhidarı kimi təqdim olunmasına "əsas vermişdir". Onun hədəf obyektinə tuş gələn dövrünün saxta dindarlarına və onların müasirlərinə baxsaq, xələflərinin də onlardan çox az fərqləndiklərinin şahidi olarıq. Sabir, “Molla Nəsrəddinin 10-cu nömrəsində "Qızdırmalı" imzası ilə yazılan şeirlərə cavab – şeirində belə yazır:
Madam ki, hamiyani zülmət,
Xoşlar ki, davam edə cəhalət:
Heyhat bilirmi onda millət;
Tövhid nədir və ya nübüvvət?!
Bu misralarda Sabir göstərir ki, millətin İslam dininin iki əsası olan tovhidin (Allahın Rəbb olaraq, İlah olaraq və isim və sifətlərində təkliyinin) və nübuvvətin (Allahın nəbisi olan Muhəmmədin iman və əxlaq üzrə yolunun - sünnəsinin mahiyyəti) nə demək olduğunu bilməməsi cəhalətin davam etməsini istəyən mövhumatçı və xurafatçıların, həmçinin atesit və materialistlərin əsas məqsədidir.
O “Məktub şeirində isə, şeirə “Molla dayı” xitabıyla başlayır, sonra şeirin qafiyəsi və birinci beytdən sonra “əmu”nun dilindən deyir:
Çox da sənin tək deyiləm naxələf,
Ta olam aqi-pədərani-sələf!
Elmlə övladımı etməm tələf,
Min də desən söz belə söhbət belə!
Bu misralarda isə Sabir saleh sələflərin - peyğəmbər və səhabələrinin yolu ilə gedib İslama xurafat kimi deyil, elm, hikmət və əxlaq qaynağı kimi baxanların yolu ilə getməyin xurafatçı mollaların xoşuna gəlmədiyini izhar edir.
Sabir “Analar bəzəyi” şeirində:
"Elmə çağırır bütün əvamı,
Əl-elmü fəridatun kəlamı”
deyir. Bu misralardakı "Əl-elmü fəridatun" ("Elm vacibdir") ifadəsinin mötəbər Şəriət alimlərinin Quran və səhih hədislər əsasında verdikləri “Taləbul elm faridatun alə kulli muslimin” (Elm tələb etmək bütün müsəlmanlara vacibdir) fətvalarından götürüldüyü şübhə doğurmur. Bununla o, elmi tələb etməyin vacibliyini yuxuda huri axtaran qafil dindarlara və avam insanlara (avamunnəs) bildirir.
Sabir, dövrünün müsəlmanlarını kafir adlandıran yalançı “din xadimləri”nə yazdığı bir şeirdə “onların dili ilə danışıb” deyir:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edəriz,
Yeri gəldikdə müsəlmanları təkfir edəriz.
Sabir dinə bir çox yönümdən yanaşaraq, ibadəti İslamın tələb etdiyi kimi deyil, uydurulmuş bidətlərlə yaşayan firqələrə, xüsusən sufilərə qarşı da yazdığı satiralarla diqqət çəkir:
“Hu” çəkib axır gəzəsən kubəku,
Tərk edəsən zöhd müsəllasını.
Küfrdə təqlid edəsən şairə,
Zikr edəsən şeri-müvəffasını.
Sabir burada "şairin ərsəyə gətirdiyi şeirləri oxumaqla ayılmaq, zühd namazgahını tərk edərək bidət əməllərdən olan “hu” deyə-deyə küçə-küçə gəzməkdən daha yaxşıdır" deyir.
Sovet hakimiyyəti illərində Sabirin "Hophopnamə"si böyük tirajla bir neçə dəfə çap olunmuşdur.

Maarifçilik fəaliyyəti

Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur. Mövcud vəziyyətdən çıxış yolu kimi Sabirin satiralarında məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə dəvət motivi ön mövqeyə çəkilmişdir. Bu məqamda şairin seçdiyi oyanmış qəhrəman “Qanma!” əmrinə “Qabili-imkanmı olur qanmamaq?” cavabını verir. Milli oyanışa nail olmağın yolunu şair elmə və təhsilə yiyələnməkdə, özünüdərketmədə, dünya işlərindən baş çıxarmaqda görür. Ona görədir ki, M.Ə.Sabirin yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. Şərti olaraq bu tip şeirləri maarifçi satirik şeirlər adlandırmaq olar. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, ”Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünüdərkin isbatı kimi öz dövrü üçün çox aktual olan məsələlərdən söz açılmışdır. Sabir dolayı yolla məktəbin milli oyanışın, dirçəliş və tərəqqinin əsas hərəkətverici qüvvəsi olduğu qənaətindədir. Şairin yaradıcılığındakı cəhalət, mövhumat və fanatizmə qarşı kəskin mübarizə nəticə etibarilə köhnə həyat tərzindən və gerilikdən xilas olmaq, yeniləşməyə meyl etmək qayəsini izləyir. Cahil mollaların, mənəvi əsarətin əsas baiskarları olan yalançı din xadimlərinin tənqidi baxımından Sabir mollanəsrəddinçi şairlərin hamısından irəlidədir. Şair savadsız, köhnəpərəst, şəxsi mənafelərini üstün tutan qondarma din təmsilçilərini sadəcə tənqid etməklə kifayətlənmir, sona qədər ifşa etmək üçün onların iç üzünü, mənfur niyyətlərini böyük cəsarətlə açıb göstərir. Sabir hətta xalqdan uzaq düşən belə üzdəniraq bəndələrin yeri gəldikdə yad ölkələrin maraqlarını həyata keçirən misyonerlərlə də həmrəy ola biləcəklərini yada salır. Bununla belə, yalançı, ikiüzlü, riyakar din xadimlərinə barışmaz münasibət bəsləyən, M.Ə.Sabir ateist, dinsiz deyildir. O, Islam dininə inanan, ehtiram göstərən, lakin bu dindən xalqın əlehinə bir vasitə kimi istifadə edənlərə qənim kəsilən vətəndaş, Azərbaycan şairidir. Sabir “A Şirvanlılar” şeirində islam dini içərisində bölücülüyün, sünnü-şiə ayrıseçkiliyinin də əlehinə olduğunu, islamın bütövlüyünü qoruyub saxlamağa tərəfdar çıxdığını, özünün müqəddəs Qurana qail olduğunu açıq-aşkar bəyan etmişdir. M.Ə.Sabirin maarifçilik fəaliyyəti bu gündə dövründə olduğu qədər aktualdır. Onun hər bir məsələyə fikri dövründə əks-sədalara çevrilmişdir. Məhz buna görədə o dövrdə də indiki kimi Sabir bir şair kimi, həm də əsl insan kimi sevilmişdir. Sabirin bu maarifçilik fəaliyyəti bu gündə aktual və gərəklidir.

Haqqında olan əsərlər