Sunday, May 24, 2015

Moskva Kremlinin Şamaxılı Memarı.

1367-ci ildə tikilən Moskva Kremlinin memarı azərbaycanlı Əliş Sübhan oğlu Kərəmli olub. Sonradan bunu ört-basdır etməklə tarixi saxtalaşdırmaq üçün onu edam ediblər. 1367-ci ilin yanvar ayının 5-də, şaxtalı və çisginli bir gündə, səhər erkən Şamaxıda əyin-başlarına uzun boz kürklər, qara xəz papaqlar, ayaqlarına qırmızı uzunboğazlar geyinmiş on süvari və arxalarına hədiyyə tayları yüklənmiş xınayı rəngli yeddi köhlən at Şirvanşahlar sarayının günçıxan baş darvazasından həyətə girdi. Yolçular Moskva böyük knyazı Dmitriy Ivanoviçin yazılı ərzini gətirmiş, taylardakı ərməğan kimi samur dəriləri, məhşur Vladimir kürkləri, çex büllur güldanları və çini qab dəstləriylə hökmdarı şərəfləndirmişdilər. Rusiya sarayından dövlət karetası ilə təşrif buyurmuş boyar I.A.Baratınski kazaklara xas bir çılğınlıqla gətirdiyi məktubun məzmunuyla dövlət başçısını bilgiləndirməyə başladı. Rus karvanıyla birgə gəlmiş şahlığın Moskva knyazlığındakı səfiri Qafur bəy tərcüməçi işini görürdü. Şirvanşahlar diyarının və tamam Azərbaycanın ali memarı və baş inşaatçısı kimi məhşur olan Əlis Sübhan oğlu Kərəmli Şirvani Moskvaya nəhəng bir tikintinin tikilməsinə çağırılırdı. Öncə Şeyx Ibrahim sevimli sənətkarı buraxmaq istəmirdi, amma onun şəxsi təhlükəsizliyinə yazılı knyaz zəmanətini və memarın öz razılıq ovqatını nəzərə alaraq razılıq verdi. Səfər xeyir-duasını almış tanınmış sənətkar yola hazırlaşdı. Memar Əlis bəy Yaxın Doğuda, Qafqazda, Farsıstanda, Hindistanda və təbii ki, doğma Azərbaycanında tanınmışdı. Elə həmin ayın 10-da rus elçiləri və memar Əlis Kərəmli Moskvaya yola düşdülər. Sözügedən ildə novruza bir həftə qalmış knyaz Dmitriy Donskoyla baş memar arasında müqavilə imzalandı. Sənədə görə, işçi qüvvəsinə, maliyyə təminatına, ərazi dəyişmələrinə məhdudiyyət qoyulmur, nəzarətlər, təftişlər və baş memar layihəsinə düzəlişlər istisna olunmur, ona tam sərbəstlik və boyar varamı (status) verilirdi. Bu böyük inşaat hədəfi dörd il müddətinə başa çatmalıydı. Moskva çayı və onun qolu Yauza çayının dörd yandan qucduğu adada iç şəhər, onun qüllələrlə, bürclərlə, darvazalarla oymaqlanmış qala divarları tikiləsiydi. Nəhayət, mart ayının 25-də xeyir xəbərlər (“Blaqiye vesti”, yəni Məryəm ananın Müqəddəs Ruhdan-Allahdan lütfələnməsi vaxtı, ruslar buna “Blaqoveşşensk” də deyirlər) günü tikintinin bünövrələrinə ilk yonma qara daşlar qoyuldu. Iç və dış qala divarları əvvəllər ağac və gilmöhrədən inşa edildiyindən, memarın əmriylə sökdürülmüşdü. Memar Əlis bəy Rusiyada ilk dəfə malaya çiy yumurtanın ağını qatmaqla hamını heyrətləndirdi. Bir il ötmuş artıq bürclü qala divarları, 5 qüllə və altlarındakı 5 darvaza hasilə gəldi. Əlis bəyə qədər ağac və gilmöhrədən ucaldılmış divarların qarşısında qazılan, içərisinə su tökülən dərin xəndəklər torpaq və daşlarla doldurularaq möhkəmcə pərçimlənmiş, yeni layihəyə uyuşmayan əlavə kimi ləğv edilmişdi. Dış divarların üst hissələri dik dirsəkşəkilli çıxıntılarla haşiyələnmişdi ki, bu da onların görüntüsünü, əzəmətini qat-qat artırırdı. Qala divarlarının ümumi uzunluğu 3,4 minar (kilometr), qalınlığı 1,2 arşın, hündürlüyü 5,7 arşındı. Iş başlanarkən
tikintinin ətrafı taxta hasara alınmışdı ki, hədəfə toz-torpaq düşməsin, seyrçi əhali fəhlələrin diqqətii yayındırmasın. Tikintini hasara alma rus məkanında yenilikdi.

1 comment:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete